Hava məlumatı-10 may
09.05.2015 674 0.0 0

Qazeta.info Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına əsasən bildirir ki,

Bakıda və Abşeron yarımadasında 

Mayın 10-da hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, gecəyə doğru bəzi yerlərdə yağış yağacağı, şimal-qərb küləyinin arabir güclənəcəyi gözlənilir. 
Havanın temperaturu gecə 8-13, gündüz 16-21 dərəcə isti olacaq. 
Atmosfer təzyiqi 754 mm civə sütunundan 760 mm civə sütununa yüksələcək, nisbi rütubət gecə 75-80, gündüz 50-60 faiz təşkil edəcək.
Azərbaycanın rayonlarında
Mayın 10-da
bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 11-16, gündüz 21-26, dağlarda gecə 4-9, gündüz 12-17 dərəcə isti olacaq. 
Bakıda və Abşeron yarımadasında    
Mayın 11-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, gecə və səhər bəzi yerlərdə yağış yağacağı gözlənilir. Mülayim şimal küləyi əsəcək.
Havanın temperaturu gecə 8-13, gündüz 15-20 dərəcə isti olacaq. 
Azərbaycanın rayonlarında
Mayın 11-də bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 8-13, gündüz 20-25, dağlarda gecə 3-8, gündüz 11-16 dərəcə isti olacaq. 
Xəbərdarlıq
Mayın 10-dan 12-si gündüzədək ölkə ərazisində hava şəraitinin qeyri-sabit keçəcəyi, şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Mayın 10-da şimal-qərb küləyi arabir güclənəcək.    


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar