Hava məlumatı- 06 Oktyabr
05.10.2015 596 0.0 0

 

Qazeta.info Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına əsasən bildirirki,

Bakıda və Abşeron yarımadasında

Oktyabrın 06-da yarımadanın bəzi yerlərində qısamüddətli yağış yağacağı, havanın gün ərzində dəyişkən buludlu olacağı gözlənilir. Şimal-şərq küləyi əsəcək. 

Havanın temperaturu Abşeron yarımadasında gecə 15-18, gündüz 21-26, Bakıda gecə 16-18, gündüz 23-25 dərəcə isti olacaq. 

Atmosfer təzyiqi 759 mm civə sütunu, nisbi rütubət gecə 85-95, gündüz 55-65 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında

Oktyabrın 06-da gecə və səhər bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı, gün ərzində isə havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 12-17, gündüz 23-28, dağlarda gecə 5-10, gündüz 13-18 dərəcə isti olacaq.    


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar