Hava məlumatı-06 may
05.05.2015 600 0.0 0

Qazeta.info Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına əsasən bildirir ki,

Bakıda və Abşeron yarımadasında     


Mayın 06-da buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, əsasən gecə və axşam bəzi yerlərdə yağış yağacağı gözlənilir. Şimal-şərq küləyi əsəcək. 
Havanın temperaturu gecə 8-13, gündüz 16-20 dərəcə isti olacaq. Atmosfer təzyiqi 762 mm civə sütunu, nisbi rütubət gecə 85-95 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında
Mayın 06-da arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Mülayim qərb küləyi əsəcək. 
Havanın temperaturunun gecə 7-12, gündüz 17-22, dağlarda gecə 2-6, gündüz 7-12 dərəcə isti olacağı gözlənilir. 
Tibbi-meteoroloji proqnoz
Mayın 06-08-də Abşeron yarımadasında iqlim normasına yaxın temperatur rejimi, meteoroloji amillərin zəif və mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar