Əhaliyə müraciət: saat 21:00-da
07.05.2015 863 0.0 0

Bakı şəhər İcra Hakimiyyəti paytaxt sakinlərinə və qonaqlara müraciət edib. 

Bakı meriyasından  verilən məlumata görə, Ümummilli lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü münasibətilə keçiriləcək Gül bayramı keçiriləcək.

Gül baryamı mayın 10-da Heydər Əliyev adına Sarayın qarşısındakı Heydər Əliyev Parkında keçiriləcək. Həmin tarixdə saat 21.00-da Dənizkənarı Milli Parkda Bakı şəhər İcra Hakimiyyəti və Azərbaycan Dövlət Televiziyası tərəfindən bayram konserti keçiriləcək. Bulvarda möhtəşəm atəşfəşanlıq təşkil ediləcək.

“Əziz həmvətənlərimiz və hörmətli qonaqlar! Bakı Şəhər İcra Hakimiyyəti sizi bayram şənliklərində iştirak etməyə, konsert və atəşfəşanlığı seyr etməyə dəvət edir”, - deyə Bakı Meriyasının müraciətində bildirilir./anspress/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar