ƏHALİNİN NƏZƏRİNƏ: Bakıda bayram yarmarkaları açıldı-Foto
14.03.2015 724 0.0 0

Qazeta.info bildirir ki, martın 14-də kənd təsərrüfatı naziri Heydər Əsədov Xətai rayonunda, Bakı kinoteatrının yanındakı, Binəqədi rayonunda Elit Ticarət Mərkəzinin yaxınlığındakı və Yasamal rayonunda İran klinikasının yanındakı yeni açılmış kənd təsərrüfatı məhsullarının satış yarmarkalarına baş çəkib. Nazir burada satıcılar və alıcılar üçün yaradılmış şəraitlə tanış olub, qiymətlər və məhsulun keyfiyyəti ilə maraqlanmış, paytaxt sakinlərinin rəy və təkliflərini dinləmiş və müvafiq tapşırıq və tövsiyələrini vermişdir.  

Yarmarkada alıcılar və istərsə də satıcılar onlar üçün yaradılmış bu əlverişli şəraitə görə cənab prezident İlham Əliyevə öz minnətdarlıqlarını bildirmişlər.

Heydər Əsədov jurnalistlərə müsahibəsində bildirib ki, keçən ilin müvafiq dövrü ilə müqayisədə qiymətlərdə heç bir artım yoxdur. Heç bir inzibati təsir göstərilməyib. Sadəcə bazarda təklifi artırmaqla, tələbi daha dolğun ödəməklə qiymətlərin aşağı salınmasına nail olmuşuq. Daha doğrusu, qiymətlər avtomatik surətdə dediyimiz qanuna uyğun olaraq formalaşıb. Hesab edirəm ki, əhali heç bir çətinlik çəkmədən bu qiymətlərlə öz bazarlığını edəcək.

Bu il yarmarkaların sayının artırıldığını da söyləyən nazir H. Əsədov deyib: “ Xətai rayonunda ikinci, Yasamal rayonunda ikinci yarmarkalar açılıb, Binəqədidə yarmarka yeniləşdirilib, Suraxanıda tam yenisi açılıb, Sumqayıtda da yaxın günlərdə yarmarka açılacaq”.

Yarmarkalarda nümunəvi səliqə-sahman, fermerlər və digər torpaq mülkiyyətçiləri, eyni zamanda buraya bazarlıq etməyə gələn paytaxt sakinləri üçün əlverişli şərait yaradılıb. Qiymətlər lövhələrdə göstərilib.

 

 

 

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar