Hakimləri döyən məşqçiyə cəza verildi
08.04.2022 392 0.0 0

AFFA İntizam Komitəsi U-15 liqasında çıxış edən EFA komandasının baş məşqçisi Vüsal Mustafayevi 1 il 6 ay müddətinə futbolla əlaqədar hər hansı fəaliyyətlə məşğul olmaq hüququndan məhrum edib.

Bildirək ki, buna mütəxəssisin "Keşlə" (hazırkı "Şamaxı) ilə görüşdəki davranışları səbəb olub.

Mustafayev hakimə etiraz etdiyinə görə birbaşa qırmızı vərəqə ilə meydandan kənarlaşdırılıb. Baş məşqçi daha sonra dəhlizdə olan zaman hakimləri təhqir edib və fiziki təzyiq göstərib. O, həmçinin valideynləri referilərə qarşı ədavətə və qəddarlığa da vadar edib.

Qarşılaşma yarımçıq dayandırıldığı üçün EFA-ya texniki məğlubiyyət verilib./trend/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar