Hafiz Hacıyev yenidən xəstəxanaya yerləşdirildi
18.01.2022 629 0.0 0


Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyevin səhhəti yenidən pisləşib. Siyasətçi xəstəxanaya yerləşdirilib.

Yenisabah.az siyasətçinin durumu ilə maraqlanmaq üçün onunla əlaqə saxlayıb. MMP sədri ürəyində problem olduğuna görə danışmaqda çətinlik çəkdiyini bildirib:

“Xəstəyəm, hazırda Bakı Sağlamlıq Mərkəzindəyəm. Ürəyimdə problem var. Dərman qəbul edib, iynə vurdururam. Çox danışa bilmirəm”.

Qeyd edək ki, Hafiz Hacıyev bir müddət öncə koronavirusa yoluxmuşdu.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar