Hacıqabulda 25 yaşlı qadın özünü yandırıb
03.02.2017 1009 0.0 0

Hacıqabulda üzərinə neft tökərək yandıran qadının vəziyyəti kritik olduğundan onun Bakıdakı müalicə müəssisəslərindən birinə gətirilməsinə qərar verilib.

 

APA-nın məlumatına görə, ailə münaqişə zəminində intihar edən Ayşən Mehdiyevanın həyatına təhlükə var.

 

 

***

09.32

Hacıqabul rayonunda intihar hadisəsi qeydə alınıb.

 

Məlumata görə, rayon sakini, 1992-ci il təvəllüdlü Mehdiyeva Ayşən Tərlan qızı üzərinə yanacaq tökərək, özünü yandırıb. Xəstəxanaya çatdırılan qadının vəziyyəti ağırdır. Onun bədəninin xeyli hissəsinin yandığı bildirilir, həyatına təhlükə davam edir.

 

Ailəli olan A. Mehdiyevanın bir azyaşlı övladı var./apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar