Hacı Allahşükür Paşazadə Astanaya gedir
09.06.2015 672 0.0 0

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə bu gün Qazaxıstan Respublikasının paytaxtı Astana şəhərinə səfər edəcək.

Məlumata görə, bu barədə QMİ-nin mətbuat xidməti xəbər verib.

Bildirilib ki, səfərin məqsədi iyunun 10-11-də Astanada keçiriləcək Dünya və ənənəvi din liderlərinin V Qurultayında iştirak etməkdir. Qurultayın indiki mövzusu "Dini liderlərin və siyasi xadimlərin sülh və tərəqqi naminə dialoqu" olacaq.

Səfər Astanada keçirilən Dünya və ənənəvi din liderlərinin Qurultaylarının himayədarı - Qazaxıstan Prezidenti Nursultan Nazarbayevin dəvəti əsasında həyata keçirilir.

Əvvəlki Qurultayların da iştirakçısı olmuş QMİ sədri, MDB Dinlərarası Şurasının həmsədri və MDB müsəlmanları Məşvərət Şurasının sədri Şeyxülislam Allahşükür Paşazadə Dünya və ənənəvi din liderlərinin V Qurultayında da məruzə ilə çıxış edəcəkdir. Şeyxülislam A. Paşazadənin Astanada bir sıra görüşlər keçirəcəyi nəzərdə tutulur./anspress/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar