Həsən Ruhaninin Rusiyaya səfəri başlayıb
27.03.2017 756 0.0 0

İran prezidenti Həsən Ruhaninin Rusiyaya səfəri başlayıb.

 

Məlumata görə, səfər iki gün davam edəcək.

 

Bu gün İran prezidenti Rusiyanın baş naziri Dmitri Medvedevlə görüşəcək. Görüş zamanı ikitərəfli əməkdaşlığın vəziyyəti və perspektivləri müzakirə olunacaq. Tərəflər Avrasiya İqtisadi İttifaqı ilə Tehran arasında ticarət rejiminin yaradılmasını da müzakirə edəcəklər.

Sabah Həsən Ruhani ilə Rusiya prezidenti Vladimir Putin arasında görüş olacaq. Görüşdə birgə enerji layihələri və ikitərəfli əməkdaşlığın bütün spektrləri müzakirə olunacaq. Görüşün sonunda ikitərəfli sənədlər imzalanacaq./apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar