Həsən Ruhani Moskvaya səfəri çərçivəsində Rusiya-İran-Azərbaycan sammitini müzakirə edəcək
06.02.2017 781 0.0 0

 Rusiya-İran-Azərbaycan arasında keçirilməsi gözlənilən üçtərəfli sammitin dəqiq tarixi İran İslam Respublikasının Prezidenti Həsən Ruhanin Moskvaya səfəri zamanı, yaxud mart ayında nəzərdə tutulmuş Azərbaycan Prezidenti İlham Əliyevlə danışıqlarda müzakirə edilə bilər.
Məlumata görə, bu barədə RİA "Novosti"yə müsahibəsində Rusiyanın İrandakı səfiri Levan Caqaryan deyib.
Jurnalistin "Azərbaycan, İran və Rusiya rəhbərlərinin üştərəfli görüşü nə zaman baş tutacaq?" sualına cavabında L.Caqaryan deyib: "Bu məsələ bu il martın ilk günlərində Azərbaycan Prezidenti İlham Əliyevin İrana nəzərdə tutulmuş səfəri çərçivəsində, yaxud Həsən Ruhaninin Moskvaya martın sonunda gözlənilən səfəri zamanı müzakirə edilə bilər".
Qeyd edək ki, ilk üçtərəfli sammit 2016-cı il avqustun 8-də Bakıda keçirilib. /Report/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar