Hərbiçilərimiz VI Hərbi Dünya Oyunlarında-FOTO
05.10.2015 763 0.0 0


VI Hərbi Dünya Oyunlarında hərbçi idmançılarımız cüdo komanda yarışında dünya üçüncüsü olub

Qazeta.info Müdafiə Nazirliyinə istinadla bildirir ki, Cənubi Koreyanın Munqyeonq şəhərində VI Hərbi Dünya Oyunlarının ilk yarış günü keçirilib. 56 komandanın qatıldığı cüdo komanda yarışlarında Azərbaycanın cüdo üzrə hərbçi idmançılarımızdan ibarət kişi yığması bürünc medal qazanaraq, VI Hərbi Dünya Oyunlarının üçüncüsü olub. 
Oktyabrın 3-də keçirilən yarışlarda Azərbaycan cüdo komandası Səudiyyə Ərəbistanı, Qətər və Əlcəzair idmançılarını 5-0 hesabı ilə məğlub edib. Komandamız dünya çempionu Braziliya komandasına məğlub olaraq üçüncü yerə çıxıb. 
120 dövlətdən təxminən 8.100 idmançının iştirakı ilə 24 idman növündə keçirilən VI Hərbi Dünya Oyunlarına Azərbaycan boks, cüdo, taekvondo və güləş idman növlərində iştirak edir. Hərbi idmançılarımız bu gün boks yarışları ilə çempionata davam edəcək.
Hərbiçilərin Dünya Oyunlarında yığma komandamızı Vüqar Şirinli (60 kq), Nicat Şıxəlizadə (66 kq), Hüseyn Rəhimli (73 kq), Tural Safquliyev (90 kq) və Elmar Qasımov təmsil edirlər.

 

 

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar