Hərbi hissələrin döyüşə hazırolma vəziyyəti yoxlanılıb - VİDEO
16.02.2022 282 0.0 0

Azərbaycan Respublikasının müdafiə nazirinin təsdiq etdiyi 2022-ci il döyüş hazırlığı planına əsasən Quru Qoşunlarının, o cümlədən Hərbi Dəniz Qüvvələrinin hərbi hissə və birləşmələrində bölmələrin döyüşə hazırolma vəziyyəti qəfil yoxlanılıb.
Qazeta.info Müdafiə Nazirliyinin məlumatına əsasən bildirir ki, yoxlamalar zamanı "Həyəcan" siqnalı ilə qaldırılaraq təyinat rayonuna çıxarılan tank bölmələrinin tapşırıqları dəqiqləşdirilib. Hərbi Dəniz Qüvvələrinin xüsusi təyinatlıları və hərbi gəmilərin heyətləri tərəfindən Xəzər dənizinin Azərbaycana məxsus sektorunda əməliyyat şəraiti, eləcə də strateji təyinatlı infrastrukturların mühafizəsi üzrə döyüş tapşırıqları barədə məruzələr dinlənilib.
 Yoxlamaların keçirilməsində əsas məqsəd qoşun növü bölmələrinin qarşılıqlı əlaqədə döyüşə hazırolma vəziyyətinə gətirilmə vərdişlərinin, eləcə də komandir heyətinin yaranmış şəraitə uyğun vəziyyəti qiymətləndirmə və çevik qərar qəbuletmə bacarıqlarının təkmilləşdirilməsidir.

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar