Hərbi helikopter ələ keçirildi
22.03.2015 998 0.0 0

uriyada orduya məxsus helikopter ekipaj üzvləri ilə birlikdə terrorçular tərəfindən ələ keçirilib.

Məlumata görə, hərbi helikopter "əl-Qaidə" qruplaşmasına yaxınlığı ilə bilinən "əl-Nusra" terrorçularının nəzarəti altında olan ərazidə qəza enişi edib.

Bunu görən terrorçular dərhal helikopterin düşdüyü yerə gedərək ekipaj üzvlərini atəşə tutublar. Helikopterdə 5 nəfər olub. Onlardan biri helikopterin düşdüyü yerə yaxınlıqda yerləşən kənddə güllələnib.

Terrorçular 4 nəfəri isə əsir götürüb.

Faktla bağlı Suriya Müdafiə Nazirliyi hələlik heç bir açıqlama verməyib./anspress/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar