Hərbi bazaların İstanbuldan çıxarılmasına başlanılıb
22.08.2016 939 0.0 0

 İstanbuldan hərbi bazaların köçürülməsi prosesinə başlanıb.

 

“Hürriyet” qəzetinə istinadən verilən məlumata görə, hərbi çevriliş cəhdindən sonra hökumət Ankara və İstanbuldakı hərbi hissələrin sentyabrın 11-dək şəhər kənarına köçürülməsi barədə qərar verib.

 

Bu prosesə ilkin olaraq İstanbuldakı Baştabya hərbi bazasında start verilib. Bu gün bu bazada yerləşən Birinci Orduya bağlı 66-cı Mexaniki Piyada Briqadasının tankların;n şəhərdən kənara daşınmasına başlanılıb. Hərbi bazadan çıxan və üzərində tanklar olan 6 yük maşınını polis müşayiət edib.

 

Qeyd edək ki, hərbi çevriliş gecəsi Atatürk Hava Limanı və Vətən prospektinə çıxarılan zirehli texnik 66-cı Mexaniki Piyada Briqadasına məxsus olub. /apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar