Hər yeri asfaltladılar, maşının altı qaldı - Sahibi görün kim imiş- VİDEO
07.04.2022 355 0.0 0

Səbail rayon, 20-ci sahə, Salyan şosesi yenidən asfalt örtüyü ilə təmir olunub. Magistral yolun asfalt örtüyünün dəyişməsində ciddi bir problem yoxdur. Diqqət çəkən məqam isə var. Belə ki, Rusiya nömrəsi olan bu avtomobilin saxlanıldığı kiçik yer yol çəkənlərin gözündən yayınıb. Səbəbini sakinlərdən soruşduq.

Ərazidə yaşayan Səməd Mustafayev deyir ki, ərazi təxminən bir həftədir ki, asfaltlanıb: “Amma bir hissəni saxladılar. Bir aydır bu avtomobil burda dayanıb. Sahibi ilə bağlı heç bir məlumatımız yoxdur. Bizə də maraqlıdır.

- Bununla bağlı yaxınlıqdakı polis bölməsi və yaxud sahə müvəkkilinə məlumat vermisinizmi?

- Xeyr. Heç kimə. Hər gün burdadır, heç kim toxunmur”.

Maraqlı mənzərənin mahiyyətini “Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyinin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli belə açıqladı: “Sözügedən ərazidə asfalt döşəyərkən avtomobilin sahibini tapa bilmədikləri üçün belə bir hal yaşanıb. Bu kimi problemlər yolların təmirində Zaman-zaman baş verir. Ümumiyyətlə, asfalt örtüyü gərək soyumamış döşənsin. Ona görə də belə bir hadisə baş verib. Agentlik olaraq biz avtomobil sahibi olmadan onu toxuna bilmərik. Sahibi tapılıb maşın oradan götürüldükdən sonra ərazi yenidən asfaltlanacaq. Bu gün iş yekunlaşacaq”.

 

Beləcə, axtardıq və 1 aydır yol kənarında saxlanılan avtomobil sahibinin kimliyini tapdıq. Fərahim Elşən oğlu Ebeydullayev əslən Qubadandır. 1995-ci ildə anadan olub. Hazırda Bakıda anbardar işləyir. Gecə növbəsində çalışdığından o, gündüzlər avtomobilini saxlamağa yer tapmır. Kirayə qaldığı həyətdə avtomobil saxlamağa isə yer yoxdur. Sağ-salamatdır və artıq DYP avtomobili ərazidən uzaqlaşdırıb./apa/

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar