Həkim avtomobildə ürəktutmadan ölüb
09.06.2017 806 0.0 0

Gəncə şəhərində həkim işə getmək istəyərkən özünə məxsus avtomobildə ürəktutmadan ölüb.

Məlumata görə, Gəncə şəhər sakini, 1941-ci il təvəllüdlü Rafiq Əli oğlu Nadirov avtomobilinə əyləşib işə getmək istəyən zaman qəflətən halı pisləşib və ürəktutmadan vəfat edib.

Qeyd edək ki, R.Nadirov tibb elimləri namizədidir və 1966-ci ildən bəri Gəncə Şəhər Təcili Tibbi Yardım Xəstəxanasında həkim-uroloq vəzifəsində çalışıb./Report/


Digər xəbərlər:
Şərhlər
avatar