Həccə getmək istəyənlərin nəzərinə
02.06.2015 1008 0.0 0

Azərbaycanlı zəvvarlar üçün Həcc ziyarətinə qoyulan limitin yarısından çoxu artıq dolub.
Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) mətbuat xidmətinin rəhbəri Rəhimə Dadaşovanın  verdiyi məlumata görə, bu il Azərbaycana Həcc ziyarəti üçün ayrılan yerlərin sayı ötən ilkindən azdır. Cəmi 2600 yer.

Bu vaxta kimi QMİ-yə 1800 nəfər sənədlərini təqdim edib. Onlardan 400 nəfəri 5750 dollarlıq, 1400 nəfəri isə 4700 dollarlıq səfər xidməti üçün sənəd verib.

Xatırladaq ki, bu il Həcc ziyarətinə təyyarə ilə səfərlər 11-15 sentyabr tarixlərində həyata keçiriləcək. Müqəddəs Qurban bayramının isə sentyabrın 24-nə təsadüf edəcəyi gözlənilir. 

Rəhimə xanımın sözlərinə görə, müqəddəs Ramazan ayından sonra sənəd verənlərin sayının sürətlə artacağı gözlənilir.

Qeyd edək ki, sənədlərin qəbulu yalnız QMİ-də aparılır. Zəvvar olmaq istəyənlərə iki formada ziyarət təklif olunur. Daha yaxşı şəraitli hotellərdə qalmaq, bahalı yeməklərlə təmin olunmaq, o cümlədən hotellərdə 4 nəfərlik otaqlarda yerləşdirmə variantının xərci 5750 ABŞ dolları, az şəraitli, 5-6 nəfərlik otaqlı hotellərdə qalmaq variantı isə 4700 dollardır.

Ötən il Həcc ziyarəti üçün ən yüksək qiymət 4100 manat, ən aşağı qiymət isə 3250 manat olub./anspress/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar