«Günəşli» yatağında həlak olmuş neftçilərdən ikisi dəfn olunub-FOTO
08.12.2015 493 0.0 0

 SOCAR-ın “Günəşli” yatağındakı 10-cu dərin dəniz özülündə baş verən yanğın nəticəsində həlak olmuş iki neftçi bu gün Xudat və Qubada dəfn olunub.
 
Qazeta.info APA-nın  məlumata əsasən bildirir ki, xilasedicilər tərəfində meyiti tapılan Xaçmaz rayonu, Köhnə Xudat kənd sakini, 1968-ci il təvəllüdlü Mahmudov Ağa İzzət oğlu doğulduğu kənddə torpağa tapşırılıb. Dəfn mərasimində Xaçmaz rayon İcra Hakimiyyətinin başçısı Şəmsəddin Xanbabayev, SOCAR-ın nümayəndələri də iştirak edib.
Quba rayon sakini, 1984-cü il təvəllüdlü Mayılov Samir Cahangir oğlu isə Qubanın Alpan kəndində basdırılıb.

 

 

 

 

 

 

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar