Güləş üzrə olimpiya mükafatçısı İstanbulda güllələnib
11.10.2017 796 0.0 0

Yunan-Roma güləşi üzrə Türkiyə yığmasının üzvü Cenk İldem silahlı hücuma məruz qalıb.

"İhlas” agentliyinə istinadən xəbər verilir ki, hadisə gecə saatlarında İstanbulda baş verib. İnsidentə avtomobillərə yol verməmək üstündə düşən mübahisə səbəb olub. Nəticədə 31 yaşlı idmançı ayağından güllələnib.

Okmeydanında yerləşən xəstəxanalardan birinə çatdırılan pəhləvan əməliyyat olunub və hazırda sağlıq durumu qaydasındadır.

Qeyd edək ki, 98 kq çəki dərəcəsində çıxış edən Cenk İldem 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında bürünc medal qazanıb. O, 2010-cu ildə Bakıda, 3 il sonra isə Gürcüstanın paytaxtı Tbilisidə keçirilən Avropa çempionatında da 3-cü yeri tutub. 2014-cü ildə Finlandiyanın Vantaa şəhərində təşkil edilən qitə birinciliyində də “bürünc” əldə etmiş pəhləvan, indiyə qədər 2 dəfə dünya çempionatında fəxri kürsünün 3-cü pilləsinə yüksəlib./Report/

 

 

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar