Gül Ərdoğana cavab verdi
09.05.2015 731 0.0 0

Türkiyənin 11-ci prezidenti Abdullah Gül indiki prezident Rəcəb Tayyib Ərdoğana cavab verdi. 

Məlumata görə, İstanbulda yeni villasına köçən Gül ötən gün cümə namazı qılmaq üçün yaxınlıqda olan “Çavuşbaşı” məscidində yollanıb. 

Abdullah Gülün gəlişi münasibəti ilə ətrafda təhlükəsizlik tədbirləri gücləndirilib və möminlər üzərləri axtarılaraq məscidə buraxılıblar. 

Namazdan sonra məscidin dərnəyini də ziyarət edən Gül burda jurnalistlərin suallarına cavab verib.

Verdiyi açıqlamalarla hər zaman qalmaqallardan qaçan Gül, onun İrəvan səfərini tənqid edən Ərdoğana cavab verərkən, “Hər halda səhv anlaşılma olub” – deyə cavab verib. 

Xatırladaq ki, bir gün əvvəl Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ad çəkmədən Abdullah Gülün İrəvan səfərini tənqid etmişdi: 

“Daha əvvəl fərqli addımlar atıldı. İrəvana gedildi, matç izləndi. Bu hərəkətlər münasibətlərin yumşaldığı mesajını verir. Amma bu addım İrəvanın əlində kozr oldu və onlar daha sonar üstümüzə daha sərt gəlməyə başladılar”. 

Türkiyə prezidenti olduğu dövrdə Abdullah Gül 2008-ci il sentyabrın 6-da Türkiyə və Ermənistan futbol yığmalarının qarşılaşmasını izləmək üçün İrəvana səfər etmişdi. /anspress/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar