Güclü külək Ağdamda fəsadlar törədib
17.11.2016 509 0.0 0

Güclü külək səbəbindən Ağdamın bəzi yaşayış məntəqələri işıqsız qalıb.
 
Məlumata görə, günün ikinci yarısından başlayaraq əsən güclü külək bir sıra fəsadlar törədib, elektrik naqilləri qırılıb.
 
Rayonun Xındırıstan, Sarıçoban, Dadaşlı, Kəlbahüseynli, Paşabəyli, Üçoğlan, Əhmədağalı və Çıraqlı  kəndlərinə elektrik enerjisinin verilməsi dayandırılıb.
 
Hazırda küləyin yaratdığı fəsadların aradan qaldırılması üçün bərpa işləri aparılır./apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar