GUAM ölkələrinin XİN başçıları Nyu-Yorkda bir araya gələcək
11.09.2017 661 0.0 0

 GUAM ölkələrinin Xarici İşlər Nazirləri Şurasının (XİNŞ) növbəti iclası Nyu-Yorkda BMT Baş Assambleyasının 72-ci sessiyası çərçivəsində keçiriləcək. 

Məlumata görə, iclasa hazırlıq məsələsi Kiyevdə GUAM Milli Əlaqələndiricilər Şurasının (MƏŞ) 42-ci görüşündə müzakirə olunub.

MƏŞ həmçinin BMT Baş Assambleyasının qarşıdakı sessiyası çərçivəsində "GUAM+" formatındakı görüşlərlə bağlı məsələlərə baxıb.

Xatırladaq ki, BMT Baş Assambleyasının 72-ci sessiyasının açılışı sentyabrın 12-də gözlənilir./report/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar