Gözlənilən anons yayıldı - Ceyms Bond qayıdır (VİDEO)
22.07.2015 736 0.0 0

 

Çoxdan gözlənilən filmin ilk anonsu yayıldı. Məlumata görə, yeni Ceyms Bond (James Bond) seriyasından növbəti film "Spectre" (Kabus) adlanır. 
Agent 007 ləqəbli ingilis casusdan bəhs edən film noyabr ayında ekranlara çıxacaq. 

Ceyms Bond xarakterini bu dəfə də Hollivudun məşhur simalarından olan Daniel Kreyq canlandırıb. Onunla yanaşı filmdə fransız aktyor Lea Seydoux, irlandiyalı Endri Skott, Deyv Bautista, Monika Belluci və Kristof Valtz (Oberhauser) də rol alıb. 

Bir neçə ay öncə filmin ssenarisinin hakerlər oğurlanması barədə məlumat yayılmışdı. 

Filmin rejissoru yenə də Sam Mendesdir. Ssenari isə Con Loqana aiddir. 

Rəsmi olaraq yayımlanan anonsda Bond 007-nin gizli xidməti yaşatmaq mübarizəsi diqqət çəkir. Eyni zamanda Bond keçmişdən gələn parollu mesajlarla pislikləri gün üzünə çıxarmaq istəyir. 

 

 


Büdcəsi 300 milyon dolları keçən filmdə C.Bond "Aston Martin DB10" maşınından istifadə edir. 

 

Xatırladaq ki, Ceyms Bond barədə filmlərdə bu günə kimi bir neçə aktyor baş rolu ifa edib. Daniel Kreyd ötən günlərdə açıqlama verərək bir daha bu rola çəkilməyəcəyini deyib. Bundan sonra sosial şəbəkədə "Yeni 007 kim olacaq?" müzakirələri başlayıb. İngilis mətbuatında yer alan məlumata görə, "Homeland" və "Band of Brothers" adlı filmlərdə rola alan Damian Levis növbəti Ceyms Bond olacaq. /anspress/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar