GÖYÇAY SAKİNİ PREZİDENTƏ MÜRACİƏT ETDİ-FOTOLAR
06.02.2015 824 0.0 0

 

Göyçay rayonu Cəyirli kənd sakini  Feyzullayev Rahim Zülfü  oğlunun Qazeta.info-un elektron ünvanına göndərdiyi şikayət məktubunda, Göyçay rayon Torpaq şöbəsinin müdiri Nofəl Fərzəliyevin  qanunsuz əməlindən bəhs edilir.

Məktubda deyilir: "14 nəfərlik ailəmizi Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Göyçay  rayon  şöbəsinin müdiri Nofəl Fərzəliyev və Göyçay Rayon İcra Qrupu qəsdən hüquqlarını pozmaqla bizə küllü miqdarda ziyanlar vurmuşdular.

Beləki Göyçay Rayon Aqrar İslahatlar Komissiyasaının 28 avqust 1998-ci il tarixli 1 nömrəli qərarı ilə bizim ailəyə verilmiş 0,68 ha torpaq sahəsini Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Göyçay rayon Şöbəsinin müdiri Nofəl Fərzəliyev başqa şəxslərə qanunsuz olaraq satmış, uzun müddətli məhkəmə çəkişmələrindən sonra həmin torpağımızın zəbt olunması təsdiq edimiş və özümüzə qaytarılmasına dair Şəki İnzibati-İqdisadi Məhkəməsi 25.11.2014-cü il tarixdə Qərar çıxartmışdır.Şəki İnzibati-İqtisadi Məhkəməsinin 25.11.2014-cü il tarixli qərarı qanunu qüvvəsini almasına və icraya yönəldilməsinə baxmayaraq Göyçay rayon İcra Qrupu məhkəmə qərarını  qanunsuz olaraq icra etmir.Çünki Torpaq Şöbəsinin müdiri Nofəl Fərzəliyev məhkəmə qərarının icrasına icazə vermirki bu da özbaşınalıqdır.

Bu adam o qədər harınlayıb ki, dövlət adından əhaliyə verilmiş pay torpaq sahələrini qanunsuz olaraq başqa-baçqa şəxslərə satmışdır.Nofəl Fərzəliyevin belə qanunsuz əməllərindən çoxlu sayda rayon sakinləri əziyyət çəkirlər. Belə mübahisəli işlər məhkəmələrdə yüzlərlədi. Hətda torpağımızı zəbt etmiş şəxs bizə çəkinmədən dedi ki, "mən torpağı qaytarmayacam çünki Nofəl Fərzəliyevə 100.000 manat pul verib bu torpağı almışam".

Uzun illərdi torpağımızın zəbt olunmasına görə əkib-becərə bilmədiyimizdən bizə küllü miqdarda ziyanlar dəymişdir.Buna görə yoxsulluq həddində yaşayırıq.Sevindik ki,  Məhkəmə torpağımızın özümüzə qaytarılmasına dair qərar çıxarıb. Ancaq buna baxmayaraq məhkəmə qərarını Göyçay Rayon İcra Qurupu icra etmir,  daha doğrusu icra edə bilmir.Biz bu qanunsuzluq barədə Ədliyyə Naziri cənab Fikrət Məmmədova şikayət göndərmişik.Mən mətbuat vasitəsi ilə Prezident cənab İlham Əliyevə müraciət edirəm.Cənab Prezident Sizin dünən imzaladığınız Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin ləğv edilməsinə dair fərmanınıza  ailəmiz çox sevindi , yüzlərlə kasıbın haqqını yeyən Nofəl Fərzəliyevin bütün fəaliyyəti obyektiv yoxlanılmalıdır. Məhkəmə qərarını qanunsuz  olaraq icra etməyən Göyçay Rayon İcra Qrupu və Göyçay rayon sakinlərinin torpaqlarını saxtakarlıqla satıb mənimsəmiş Torpaq şöbəsinin müdiri Nofəl Fərzəliyevin barəsində ciddi tədbirlər görməyinizi Sizdən çox-çox xahiş edirəm. 

Yazıda adı keçən qurum və şəxsləri də dinləməyə hazırıq.

 

 

 

 

 

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar