Göyərtəsində 700-dək insanın batdığı gəmidən 49 nəfər xilas edilib
20.04.2015 719 0.0 0
Qeyri-leqal yolla Avropaya yetişmək istəyən miqrantların batması ilə nəticələnən ən irimiqyaslı gəmi qəzası baş verib.

 

 Liviya sahillərində batan gəmidəki 700 nəfərdən 49-u xilas edilib, 24 nəfərin isə cəsədi çıxarılıb.

 

Məlumata görə, bunu Türkiyənin Anadolu Agentliyinə BMT-nin Yüksək Komissarlığının sözcüsü Federiko Fossi deyib.

 

Fossi xilasetmə əməliyyatının davam etdiyini bildirib.

 

İtaliya hökuməti hadisə ilə bağlı fövqəladə toplantı keçirir.

 

 

Qeyd edək ki, ötən gecə İtaliyanın Lampeduza adasından 200 km cənubda içərisində 700 nəfər qeyri-leqal yolla Avropaya yetişmək istəyən miqrant olan gəmi batıb.

 

 

Gəmi aprelin 18-dən 19-a keçən gecə İtaliyanın Lampeduza adasından 200 km cənubda batıb.

 

Axtarış-xilasetmə əməliyyatlarında İtaliya və Malta gəmiləri, habelə vertolyotlar iştirak edir.

 

“Agence France-Presse” yazır ki, qalan şəxslərin öldüyü təsdiqlənsə, bu, qeyri-leqal yolla Avropaya yetişmək istəyən miqrantların batması ilə nəticələnən ən irimiqyaslı gəmi qəzası olacaq.

 

Qeyd edək ki, bu həftə Aralıq dənizində daha iki gəmi qəzası baş verib. Qeyri-leqal miqrantları daşıyan hər iki gəmi Liviyadan İtaliya istiqamətində üzərkən baş verib. Aprelin 14-də baş verən qəzada 400, aprelin 16-da baş verən faciədə isə 41 miqrant ölüb./apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar