Goranboyda yol qəzasında 3 nəfər ölüb
13.12.2017 781 0.0 0

Goranboyda 3 nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

 

APA-nın verdiyi məlumata görə, rayonun Səfikürd kəndində ağır tonnajlı yük avtomobili “VAZ-2106” markalı avtomobillə toqquşub. Nəticədə “VAZ”da olan 3 nəfər ölüb. Əraziyə FHN-nin xilasediciləri cəlb olunub və meyitlər avtomobildən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

 

Faktla bağlı hüquq-mühafizə orqanları araşdırma aparır.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar