Girovların «məhkəmə»sinin qərarı mart ayında olacaq
26.02.2015 750 0.0 0

Separatçı Dağlıq Qarabağ rejiminin azərbaycanlı girovlar Dilqəm Əsgərov və Şahbaz Quliyev üzərində qurduğu apelyasiya “məhkəmə”sinin qərarı martın 10-da açıqlanacaq.

Məlumata görə, apelyasiya şikayəti üzrə “iclas” bu gün keçirilib. Azərbaycanlı girovlar və onlar üçün təyin olunmuş “vəkillər” şikayətlərini təqdim ediblər.
 
Qeyd edək ki, ötən ilin iyul ayında Rusiya vətəndaşı Dilqəm Əsgərov və Azərbaycan vətəndaşı Şahbaz Quliyev Kəlbəcərdə öz ata-baba yurdlarını ziyarət etmək istəyərkən Ermənistan əsgərləri tərəfindən girov götürülüblər.
 
Digər Azərbaycan vətəndaşı Həsən Həsənov isə güllələnərək öldürülüb. H. Həsənovun meyiti düşməndən alınaraq Bakıda dəfn edilib.
 
Separatçı Dağlıq Qarabağ rejiminin “məhkəməsi” ötən il dekabrın 19-da D. Əsgərovun ömürlük, Ş. Quliyevin isə 22 il müddətinə azadlıq məhrum edilməsi barədə “hökm” çıxarıb.
 
 

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar