General Cəmşid xan Naxçıvanskinin 120 illiyi qeyd edilib
07.08.2015 828 0.0 0

Qazeta.info xəbər verir ki,  avqustun 7-də saat 1030-da Azərbaycan Hərb Tarixi Muzeyində xalqımızın görkəmli sərkərdəsi, general Cəmşid Cəfərqulu xan oğlu Naxçıvanskinin anadan olmasının 120 illik yubileyi münasibəti ilə tədbir keçiriləcəkdir.
Naxçıvanskilər nəslinin sonuncu – altıncı generalı olan Cəmşid Naxçıvanski istər çar ordusunda və Azərbaycan Xalq Cümhuriyyəti dövründə yenicə yaradılmış orduda həyata keçirilən hərbi quruculuq işlərində, istərsə də sovet ordusu sıralarında göstərdiyi hərbi fəaliyyəti ilə hərb tariximizdə özünəməxsus bir cığır açmışdır. Onun Birinci Dünya Müharibəsi cəbhələrində göstərdiyi şücaətlər gələcək nəsillər üçün bir qəhrəmanlıq məktəbidir.
Hərb sənətinin sirlərinə dərindən yiyələnən və onu inkişaf etdirməkdə müstəsna qabiliyyət sahibi olan görkəmli sərkərdənin 1918-1920-ci illərdə Şuşada Qarabağ süvari alayının komandiri kimi Azərbaycan torpaqlarının erməni-daşnak birləşmələrindən təmizlənməsində, həmçinin Şərqdə yaranmış ilk demokratik respublika - Azərbaycan Xalq Cümhuriyyətində və onun süqutundan sonra isə sovet dövlətində ordu quruculuğu, hərbi kadrların yetişdirilməsi ilə əlaqədar çətin, məqsədyönlü fəaliyyəti onun həyatının sonrakı mərhələlərini təşkil edir.
43 illik ömrünün böyük bir hissəsini peşəkar hərbi kadrların yetişdirilməsinə sərf etmiş Cəmşid Naxçıvanski maraqlı, orijinal, lakin faciəli bir taleh yaşamışdır. O, xidməti fəaliyyətinə görə yetəri qədər qiymətləndirilməmiş, əksinə olmazın təhqirlərinə və dəfələrlə fiziki işgəncələrə məruz qalaraq müxtəlif vaxtlarda 3 dəfə SSRİ orqanları tərəfindən həbs edilmiş, Beriya və Bağırov kimi insan cəlladlarının qurbanı olmuşdur. Onun günahsızlığı 18 il sonra sübuta yetirilmiş, heç bir casus olmadığı ortaya çıxmışdır.
Tədbirdə Müdafiə Nazirliyinin, Ali Hərbi və Hərbi Dəniz Məktəblərinin, Hərbi hissələrin, Hərbi Akademiyanın, Vetran təşkilatlarının, veteranların, həmçinin şəhər muzeylərinin və digər idarə - müəssisələrin nümayəndələri iştirak ediblər. 
Tədbirdə general Cəmşid Naxçıvanskinin həyatı və hərbi fəaliyyətinə həsr olunmuş “Əsrin qəhrəmanlığı” adlı sənədli film nümayiş etdirilmişdir. Muzey rəisi e.o.polkovnik Əzizağa Qənizadə tədbiri giriş sözü ilə açaraq, görkəmli Generalın keçdiyi şərəfli həyat yolunu əks etdirən geniş nitq söyləmişdir. Tədbirdə həmçinin iştirak edən digər qonaqlar, Prezident Adminstasiyasının İctimai Siyasi şöbəsinin baş mələhətçisi Rasim Mirzəyev, Mudafie Nazirliyinin Herbi orkestr xidmetinin reisi, Respublikanin xalq artisti General-mayor Yusif Axundov, Mudafie Nazirliyinin Menevi-Psixoloji Hazirliq ve Ictimaiyyetle Elaqeler Idaresinin numayendesi polkovnik Abdulla Qurbani və digər rəsmi şəxslərin önəmli çıxışları olmuşdur. Çıxış edən rəsmi şəxslər həmçinin repressiya qurbanı olan General Cəmşid Naxçıvanskinin məhs sovet imperyası dövründə adının əbədiləşdirilməsində və hərbi liseyin yaradılmasında, Azərbaycan xalqının Ümummilli Lideri Ulu Öndər Heydər Əliyevin misilsiz xidmətlərindən danışıblar. Tədbir, sonda General Cəmşid Naxçıvanskinin anadan olmasının 120 illiyinə həsr olunmuş geniş bayram tədbiri ilə davam etmişdir. 

 

 

 

 

 

 

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar