Gənclər «Canlı kitablar sərgisi» layihəsinin təqdimatını keçirib
02.09.2015 620 0.0 0

Cəlilabad rayonunda “Canlı kitablar sərgisi” layihəsinin təqdimatı keçirilib.

 

Cəlilabad rayonunda “Canlı kitablar sərgisi” layihəsinin təqdimatı keçirilib. Azərbaycan Gənclər Fondunun maliyyə dəstəyi Cəlilabad rayonunda yeniyetmələr arasında “Canlı kitablar sərgisi” layihəsinin 01 sentyabr tarixində təqdimatı keçirilib. Təqdimat Yeni Azərbaycan partiyasının Cəlilabad rayon şöbəsində baş tutub. Təqdimatda rayonumuzun ictimai aktiv gəncləri və o cümlədən kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak edib.

Qazeta.info bildirir ki, təqdimatda iştirakçılara layihə çərçivəsində görüləcək işlərlə bağlı məlumat verilib. Layihə çərçivəsində rayonumuzun gənclərinin mütaliəyə marağının artırılması məqsədi ilə kitab sərgisi keçiriləcəyi haqda danışılıb. Yeniyetmələr sərgi zamanı müxtəlif kitablarla taniş olacaq və onlara hədiyyə olunacaq.

 

 

 

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar