Gənc alimlərin dövlət tərəfindən mənzil və torpaq sahəsi ilə təmin olunması təklif edilir
27.01.2016 545 0.0 0

Azərbaycanda elmi işçilər, o cümlədən gənc alimlər mənzil və ya torpaq sahəsi ilə təmin ediləcək. 
 
Qazeta.info APA-nın məlumatına əsasən bildirir ki, bu, ikinci oxunuşa hazırlanan “Elm haqqında” qanun layihəsinin 37-ci maddəsinin 9-cü bəndində qeyd olunub: 
“Dövlət mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan elmi işçilərin, o cümlədən gənc alimlərin mənzil və ya torpaq sahəsi ilə təmin olunması üçün şərait yaradır, onlara güzəştli ipoteka kreditlərinin verilməsini təmin edir”.
 
Qanun layihəsi Milli Məclisin plenar iclasına tövsiyə olunub.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar