Futbolda yeni dünya rekordu - 38:0
06.07.2015 1032 0.0 0

Sakit Okean qrup oyunları turunun matçlarında.

Morsbi limanında (Papua Yeni Qvineya) 15-ci Sakit Okean oyunları keçirilir.

Rusiya KİV-nə istinadən xəbər verilır ki, oyunlar çərçivəsində Fici yığması futbol tarixində ən böyük qələbəni əldə edib.

Sakit Okean oyunlarının qrup turnirinin Rio-de-Janeyroda Olimpiya Oyunları-2016-nın təsnifləşdirici matçında ficiyalılar Mikroneziya komandasını 38:0 hesabı ilə darmadağın ediblər. Turnirin birinci matçında Fici yığması Taiti komandasına 30:0 hesabı ilə qalib gəlib.  

Təəssüf ki, ficiyalıların bu qələbəsi Ginnesin rekordlar kitabına daxil edilməyəcək, belə ki Mikroneziya hal-hazırda FİFA-ya daxil deyil.

Beləliklə də, rəsmi rekord əvvəlki kimi Avstraliyanın Amerikanın “Samoa”sı üzərində Dünya Çempionatı 2002-də 31:0 hesabı ilə başa çatan qələbəsi hesab ediləcək./oxu.az/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar