Fuad Abbasova 50 il ərzində Rusiyaya getmək qadağan olunub
07.06.2019 601 0.0 0

Azərbaycanlı jurnalist Fuad Abbasova 50 il müddətində Rusiya ərazisinə giriş qadağan olunub.

Mötəbər mənbələrə istinadən xəbər verilir ki, bu barədə qərar Rusiya Federal Təhlükəsizlik Xidmətinin sorğusuna əsasən çıxarılıb.

Ötən gün Fuad Abbasovun şikayət ərizəsini qəbul etməyən Moskva Vilayət Məhkəməsi əvvəlki məhkəmə qətnaməsini qüvvədə saxlayıb.

F.Abbasov bu gecə Moskva-Bakı təyyarə reysi ilə Rusiyadan deportasiya olunacaq./Report/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar