Əfsanəvi tennisçi borclarını ödəmək üçün Uimbldon kuboklarını satır
05.10.2017 730 0.0 0

 Əfsanəvi alman tennisçi Boris Bekker borclarını qismən də olsa, ödəmək üçün Uimbldon kubokunda qazandığı fəxri mükafatları satışa çıxarıb.

"Vesti.Ru"ya istinadən xəbər verilir ki, tennis üzrə Uimbldon turnirinin üçqat qalibi həm də ona məxsus elit saatlar kolleksiyasını satışa çıxarmağı planlaşdırır.

Mükafatların satışının tennisçiyə milyon avrodan artıq vəsait qazandıracağı deyilir.

"Frankfurter Allgemeine" qəzetinin məlumatına görə, B.Bekkerin borclarının ümumi məbləği 60 milyon avrodan çoxdur.

Ulduzun maliyyə böhranı yaşamasına uğursuz maliyyə investisiyaları, həmçinin boşanma prosesləri səbəb olub./Report/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar