Fransua Olland nə qədər pensiya alacaq?
11.05.2017 740 0.0 0

Estafeti yeni seçilmiş Prezident Emmanuel Makrona verəcək Fransanın dövlət başçısı Fransua Ollandın alacağı əmək pensiyasının həcmi məlum olub.

Məlumata görə, F.Olland aylıq 15 144 avro pensiya alacaq. O, vəzifədə olarkən 14 910 avro maaş alırdı. Xatırladaq ki, ondan əvvəlki dövlət başçısı Nikola Sarkozinin əməkhaqqı 21 300 avro idi.

F.Ollandın səyahət və digər xərcləri də dövlət büdcəsindən qarşılanacaq./Trend/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar