Fransada `quş qripi` yayıldı
13.03.2018 379 0.0 0

Rusiyanın Federal Baytarlıq və Fitosanitar Nəzarət Xidməti Fransanın bir sıra departamentindən diri quş və yumurta idxalına məhdudiyyət tətbiq edib.

 

 

Məlumata görə, qərar Fransanın bəzi bölgələrində aşağı patogenli quş qripinin qeydə alınması ilə əlaqədardır.

Qeyd olunur ki, idxal məhdudiyyəti martın 13-dən başlayaraq müvəqqəti tətbiq olunur.

Quş qripinin Fransanın Men və Luara, Sarta, Dö-Sevr departamentlərində qeydə alındığı bildirilir./Trend/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar