Formula 1-də Berni Ekklstoun erası başa çatır
23.01.2017 686 0.0 0

Formula 1-in promouteri Berni Ekklstoun təşkilatın ömürlük prezidentliyindən imtina etmək niyyətindədir. Məlumata görə, bu barədə "Formula One Group"un rəhbərliyindən BBC-yə açıqlama verilib. 

Mənbə ingiltərəli biznesmenin bu həftə postu ilə vidalaşacağını bildirib. Ona fəxri prezident postu təklif olunub. 

Formula 1-in yeni sahibləri idarəetmə strukturunda yenilənmə aparmaq, B.Ekklstounun səlahiyyətlərini bir neçə şəxs arasında bölüşdürmək istəyirlər. Bunadək yarışın sədri postuna Çeyz Keri gətirilib. Kommersiya departamentinin rəhbəri Şon Bretçs ola bilər. Seriyanın idman tərəfinə isə Ross Braun kömək edəcək. 

Qeyd edək ki, 87 yaşlı Berni Ekklstoun Formula 1-ə 40 ildir rəhbərlik edir. 2016-cı ilin sentyabrında şirkətin səhmlərinə "Liberty Media" korporasiyası sahib çıxıb. /Report/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar