Filipp Kirkorovun Bakı konserti-VİDEO
11.07.2016 1017 0.0 0

Rusiyanın xalq artisti Filipp Kirkorov Bakıdadır. ANS TV-nin məlumatına görə, müğənni azərbaycanlı həmkarı Emin Ağalarovun təşkil etdiyi 'Jara' adlı festival çərçivəsində paytaxtımızın qonağıdır. 

Əvvəlcə jurnalistlərlə görüşən musiqiçi Bakını sevdiyini və təxminən 20 il əvvəl burada olduğunu söyləyib.

Ötən gün axşam səhnəyə çıxan musiqiçi tamaşaçıları Azərbaycan dilində salamlayıb. Bu da tamaşaçıların gur alqışlarına səbəb olub. 

Sonra isə müğənni səhnədə hit mahnıları səsləndirib.

Bir müddət əvvəl Avroviziya müsabiqəsi ərəfəsində müsahibə verən Kirkorov Azərbaycanı sevdiyini, Azərbaycana gəlmək istədiyini lakin ona bu işdə mane olanların olduğunu dilə gətirmişdi.

 


Rusiyalı müğənni Filipp Kirkorov Bakıda konsert verdi


Rusiyanın tanınmış müğənnisi, Xalq artisti Filipp Kirkorovun Heydər Əliyev sarayında ilk dəfə 2012-ci ildə solo konsert proqramı ilə çıxışı nəzərdə tutulsa da bu baş tutmayıb.

Daha sonra konsertin həmin ilin 8 noyabrında "Baku Crystal Hall" zalında keçirilməsi planlaşdırılsa da tədbir yenidən təxirə salınıb. /anspress/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar