Feysbukdan daha bir yenilik
06.04.2015 759 0.0 0

ABŞ-da Manhetten məhkəməsi qadına boşanma haqqında sənədləri "Facebook" vasitəsilə göndərməyə icazə verib.

RİA Novosti-yə istinadən verilən məlumata əsasən, tibb bacısı Ellanora Baydın vəkili sənədləri sosial şəbəkə vasitəsilə qadının ərinə göndərə biləcək.

Məlumata görə, qadının əri Bayd Viktor Senin yeri bilinmir. Vəkil bu proseduru həftədə bir dəfə olmaqla 3 həftə həyata keçirəcək.

Sənədlərin alınması barədə təsdiq gələndən sonra prosesə son veriləcək./trend/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar