Fevralın 22-nə hava proqnozu açıqlandı
21.02.2016 866 0.0 0

Fevralın 22-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən  bildiriblər ki, gecə yarımadanın bəzi yerlərində az yağış yağacağı ehtimalı var.

Bəzi yerlərdə duman olacaq. Cənub küləyi axşam arabir güclənən şimal-qərb küləyi ilə əvəz olunacaq.

Havanın temperaturunun gecə 4-6° isti, gündüz 7-12° isti olacağı gözlənilir.

Azərbaycan rayonlarında arabir yağıntılı olacağı, gündüz əsasən yağmursuz keçəcəyi gözlənilir. Ayrı-ayrı yerlərdə duman. Şərq küləyi əsəcək.

Havanın temperaturunun gecə 2° şaxtadan 3°-dək isti, gündüz 7-12° isti olacağı ehtimal edilir. Dağlarda gecə 5-10° şaxta, gündüz 0-3° isti olacağı gözlənilir./trend/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar