Felps 23 qat olimpiya çempionu olub
14.08.2016 671 0.0 0

Rio-de-Janeyroda keçirilən XXXI Yay Olimpiya Oyunlarında çıxış edən amerikalı üzgüçü Maykl Felps turnirin növbəti qızıl medalını qazanaraq 23 qat olimpiya çempionu olub.

 

APA-nın  xəbərinə görə, Maykl Felps  dörd 100 metrlik distansiya üzrə (4 x100 m) qarışıq estafetdə birinci olub.

 

Qeyd edək ki, 23 olimpiya qızıl medalından dördünü o, Rio-de-Janeyroda qazanıb. Bu göstəricinin mütləq rekord olduğu qeyd olunur. 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar