FED rəsmisi: `Uçot dərəcəsinin artırılması ABŞ iqtisadiyyatı üçün riskli olmayacaq`
28.09.2016 551 0.0 0

 "Federal Ehtiyatlar Sistemi (FED) uçot dərəcəsini artırarsa, bu, ABŞ iqtisadiyyatının bərpası üçün risk yaratmayacaq". "Reuters" agentliyinə istinadən xəbər verilir ki, bunu San-Fransisko Federal Ehtiyat Bankının prezidenti Con Uilyams deyib.

 

Onun sözlərinə görə, ABŞ iqtisadiyyatı üçün ən böyük risk tənzimləyicinin hərəkətsizliyidir: "ABŞ iqtisadiyyatının mövcud durumunu nəzərə alaraq, olduqca aşağı faiz dərəcələrini əsaslandırmaq hər gün daha çətin olur. Mən uçot dərəcəsinin artırılmasının tərəfdarıyam. Düşünürəm ki, ABŞ iqtisadiyyatı buna dözümlülük nümayiş etdirəcək. İnanmıram ki, uçot dərəcəsinin artırılması iqtisadiyyatın böyüməsini əngəlləyə bilər"./apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar