FED rəhbəri: Bitkoindən çirkli pulların yuyulmasında istifadə oluna bilər
14.12.2017 779 0.0 0

Bitkoin etibarsız, yüksək dərəcəli spekulyativ aktivdir və o çirkli pulların yuyulmasında istifadə oluna bilər.

 

RİA Novosti agentliyinə istinadən verilən xəbərə görə, bunu ABŞ-ın Federal Ehtiyatlar Sisteminin (FED) başçısı Canet Yellen bəyan edib.

 

"Hazırda beynəlxalq hesablaşmalarda bitkoin cüzi yer tutur.  Həmçinin bitkoin qanunvericiliklə tənzimlənməyən qeyri-sabit mənfəət mənbəyi kimi səciyyələndirilir. Federal Ehtiyatlar Sistemi bitcoinlə bağlı hər hansı tənzimləyici rol oynamaq fikrində deyil”, deyə C.Yellen bildirib.

 

C.Yellen həmçinin banklara qeyri-qanuni yolla əldə edilmiş maliyyə vəsaitlərinə qarşı çıxmağın vacibliyini xatırladaraq bəyan edib ki, çirkli pulların yuyulmasında bitkoindən də istifadə oluna bilər./apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar