Faktiki hava durumu açıqlanıb
18.01.2022 321 0.0 0

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti  ölkədə müşahidə olunan faktiki hava haqqında məlumat açıqlayıb.

Qazeta.info verilən məlumata əsasən bildirir ki, yanvarın 18-i saat 19:00-a olan məlumata əsasən gündüz saatlarından başlayaraq cənub-qərb küləyi güclənib.

Küləyin maksimal sürəti rayonlarda 22 m/s, Abşeron yarımadasında 22 m/s, Abşeron-Dəniz rayonunda 15 m/s-dək güclənib. Neft Daşları stansiyasının məlumatına əsasən dalğanın hündürlüyü 2.4 metrə çatıb.

Abşeron yarımadasında adətən güclənən cənub küləyi şimal küləyi ilə müqayisədə daha çox səsli-küylü olur.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar