«Facebook»un «like» düyməsində gözlənilən - Yenilik
24.02.2016 784 0.0 0

Facebook sosial şəbəkəsi daha bir yenilik edib.

Məlumat üçün bildirək ki, şirkət “Like” düyməsində seçim olaraq “Sevgi”, “Kədər”, “Hirs”, “Təəccüb” ifadə edən simvolik işarələr əlavə edib.

Belə ki, istifadəçilər “Like” düyməsinin üstündə “siçan” vasitəsilə saxladıqda yeni seçimlərdən istifadə edə biləcəklər.

Qeyd edək ki, bu funksiyalar təcrübə kimi İrlandiya və İspaniyada bir neçə aydır ki, istifadə olunur. Amma bu gündən bütün ölkələr üçün əlçatan olub.

Xatırladaq ki, Facebook rəhbəri Mark Zukerberq “Like”la yanaşı “Dislike” düyməsini də söz versə də, o bunu hər hansı neqativ yanaşmalardan çəkinərək tətbiq etməyib./qafqazinfo.az/

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar