Fəthullah Gülənin ölüm xəbəri yayılıb
21.06.2015 694 0.0 0

Türkiyənin bir sıra yerli saytları ABŞ-ın Pensilvaniya ştatında yaşayan tanınmış din xadimi Fəthullar Gülənin səhhəti barədə xəbərlər yayıblar. 

Məlumata görə, bəzi yerli mənbələr F.Gülənin reanimasiyada olduğunu, bəziləri isə öldüyünü bildirir. 

Bu xəbərlərin yayılmasının əsas mənbəyi türkiyəli tanınmış jurnalist Ömər Adıyamanın tvitter səhifəsində bir neçə gün əvvəl onun reanimasiyada olduğu barədə yazdığı tvitlər olub. 

Türkiyə hökuməti ilə uzlaşa bilməyən din xadiminin üst tənəffüs yolu infeksiyasına (farinks və larinks) tutulduğu da yayılan xəbərlər arasındadır. 

Onu da qeyd edək ki, F.Gülənə yaxın mənbələr də xəbərin doğru olub-olmadığı barədə heç bir açıqlama yaymayıblar. /anspress/

 

 

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar