Evində qumarxana açan şəxs saxlanılıb
15.01.2022 258 0.0 0

Yaşadığı evdə qumar oyunları təşkil edən Lənkəran sakini saxlanılıb. Həmin ünvanda qumar oynayan 7 nəfər müəyyən edilərək barələrində müvafiq tədbirlər görülüb.

Qazeta.info DİN Mətbuat Xidmətinin məlumatına əsasən  bildirir ki, Lənkəran Şəhər Polis Şöbəsinin əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbirləri nəticəsində Lənkəran rayon sakini Bəhruz Xudiyevin yaşadığı evdə qumar oyunları təşkil etməsi müəyyən olunub.

Keçirilən baxış zamanı oradan qumar oyunlarına qoyulan pul vəsaiti, oyun kartları aşkarlanaraq götürülüb. Həmçinin həmin ünvanda qanunsuz qumar oynayan 7 nəfər müəyyən edilərək barələrində qanunamüvafiq tədbirlər görülüb.

Faktla bağlı araşdırma aparılır.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar