«Ermənistanın sonu gəldi»
06.12.2015 1356 0.0 0

Sabah Ermənistanda referendum keçiriləcək.

ANS TV-nin məlumatına görə, Ermənistan kütləvi-informasiya vasitələri bildirir ki, əyalətlərdə və paytaxt İrəvanda referendumun keçirilməsi ilə bağlı 1997 seçki məntəqəsi yaradılıb.

Referendumu yalnız MDB dövlətlərindən olan beynəlxalq müşahidəçilər izləyəcək. Bu gün isə ölkədə sükut günüdür. Buna qədər isə paytaxt İrəvanda minlərlə insanın referenduma etiraz etmişdi. Onlar prezident Serj Sarkisyanın istefasını, yeni parlament və prezident seçkilərinin keçirilməsini tələb edirdi.

Politoloqlar bu hadisəni “Ermənistanın sonu gəldi” kimi şərh edir. Ermənistan prezidenti Serj Sarkisyanın fərmanına əsasən, keçiriləcək referendumla bir sıra konstitusiya düzəlişləri həyata keçiriləcək. Bununla da Ermənistanda tam parlament idarəetmə sistemi tətbiq ediləcək, 7 il müddətinə və yenidən seçilmə hüququ olmayan ölkə prezidenti parlament tərəfindən seçiləcək. 

Müxalifət bu dəyişikliyin son prezidentlik müddəti başa çatmaqda olan Serj Sarkisyanın və onun başçılıq etdiyi siyasi partiyanın hakimiyyətdə qalmasını təmin etmək məqsədi daşıdığını iddia edir./anspress/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar