Ermənistanda zəlzələ
25.03.2015 722 0.0 0



Məlumata görə, martın 24-də axşam saatlarında baş verən yeraltı təkanlar Ermənistanın şimalında qeydə alınıb. 

Zəlzələnin episentrinin koordinatları – 40.98 şimal, 44.21 şərq uzunluq dairəsi göstərilir. Yeraltı təkanlar yerin 10 kilometr dərinliyində baş verib. 

Episentrdə zəlzələnin gücü 4-5 bal təşkil edib.

Zəlzələ ən çox Stepanavan, Urasar və Katnaxpyur kəndlərində hiss olunub. Bu yaşayış məntəqələrində yeraltı təkanların 4-5 bal gücündə müşahidə olunduğu bildirilir. Lori-Berd və Amrakiç kəndlərində zəlzələnin gücü 3-4 bal olub.

Qeyd edək ki, Ermənistanda bu il ərzində artıq bir neçə dəfə zəlzələ qeydə alınıb./anspress/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar