Ermənistanda silahlı şəxslər polis binası ələ keçirdi
17.07.2016 1458 0.0 0

 Ermənistan Milli Təhlükəsizlik Xidməti bu gün səhər İrəvanda Ermənistan Polisinin Patrul-mühafizə polkuna hücum olduğu və polkun ərazisində girovlar olduğu barədə məlumat yayıb.

 

APA-nın “news.am” saytına istinadən verdiyi məlumata görə, hücum edənlər sosial şəbəkələr vasitəsi ilə qiyam qalxdığı barədə məlumat yayırlar.

 

Ermənistan Milli Təhlükəsizlik Xidməti əhalini bu məlumatlara inanmamağa çağırıb. Məlumatda silahlı şəxslərin silahları dinc yolla təhvil verməsi üçün danışıqlar aparıldığı bildirilib. 

 

Qeyd edək ki, Erebunidəki Patrul-mühafizə polkuna hücum edənlər “Yeni Ermənistan” İctimai Xilas Fondunun lideri Jirayr Sefilyanın tərəfdarlarıdır. Onlar J. Sefilyanın azad edilməsini, Ermənistan hakimiyyətinin istefa verməsini tələb edirlər.  

 


Digər xəbərlər:
Şərhlər
avatar